RU

AVRO-2024: İngiltərə İsveçrə oyununda əlavə vaxt oynanılır

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşündə əsas vaxt başa çatıb.

hakimiyyet.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığına görə, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır.

21:37

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab bərabərləşib.

hakimiyyet.az xəbər verir ki, hesaba tarazlığı ingilislərin heyətində 80-ci dəqiqədə Saka gətirib - 1:1.

21:30

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

hakimiyyet.az xəbər verir ki, isveçrəlilər hesabda önə keçiblər - 0:1.

Komandanın heyətində 75-ci dəqiqədə Embolo fərqlənib.

21:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında 1/4 final görüşünün ikinci hissəsi başlayıb.

hakimiyyet.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.

20:45

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının İngiltərə və İsveçrə yığmaları arasında 1/4 final görüşündə ilk hissə başa çatıb.

hakimiyyet.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.

20:01

İngiltərə və İsveçrə milli komandaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final oyununa start verilib.

hakimiyyet.az xəbər verir ki, oyun Düsseldorfdakı "Merkur Şpil Arena" stadionunda keçirilir.

Matç Daniele Orsatonun (İtaliya) rəhbərlik etdiyi hakimlər briqadası ilə idarə olunur.

AVRO-2024: İngiltərə İsveçrə oyununda əlavə vaxt oynanılır

AVRO-2024: İngiltərə İsveçrə oyununda əlavə vaxt oynanılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
1
hakimiyyet.az

2Источники