RU

"Sumqayıt"ı Danimarka klubuna dəyişdi - RƏSMİ

"Sumqayıt" futbolçusu Masaki Murata ilə yollarını ayırıb.

Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi ilə "gənclik şəhəri" təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Murata karyerasını Danimarkada davam etdirəcək. O, "Veyle" klubuna keçib.

Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvarından "Sumqayıt"da çıxış edirdi.

Избранный
83
prosport.az

1Источники