RU

Almaniya Nigerlə hərbi əməkdaşlıq layihəsindən imtina edib

Bundesver (Almaniya Silahlı Qüvvələri) avqustun 31-dək bağlanmalı olan Niameydəki (Nigerin paytaxtı - red.) hava nəqliyyatı bazasından imtina edib, hərbçilər isə Almaniyaya geri göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Almaniya hökuməti Nigerlə planlaşdırılan əməkdaşlığı yenidən nəzərdən keçirib.

"Nigerin təqdim etdiyi saziş layihəsi status haqqında danışıqlar üçün əsas ola bilməz - nə xarakterinə, nə də məzmununa görə. Layihə alman əsgərləri üçün toxunulmazlıq təmin etmir. Eyni zamanda, yeni status sazişi ilə bağlı danışıqlara vaxtımız yoxdur - bu məsələ ilə bağlı mövqelər çox fərqlidir", - nazirlikdən bildirilib.

Məlumata görə, danışıqların dayandırılması, Müdafiə Nazirliyi və Xarici İşlər nazirliklərinin birgə məsuliyyət daşıdığı hərbi əməkdaşlıq, modernləşdirmə layihələri ilə artıq məşğul olmamaq qərara alınıb.

Qeyd edək ki, Almaniya 2013-cü ildən Malidə sülhməramlı missiyada iştirak edən silahlı qüvvələri təmin etmək üçün Nigerin paytaxtındakı bazadan istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
122
3
ikisahil.az

4Источники