RU

Azərbaycan klubundan daha bir transfer – SON DƏQİQƏ

"Araz-Naxçıvan" növbəti transferini həyata keçirib. Muxtar Respublika təmsilçisi Felipe Santosu Azərbaycana qaytarıb. "Hapoel"in yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.
Ötən ilin yayında "Qəbələ"dən Hayfa təmsilçisinə yollanmış braziliyalı, beləcə, ikinci dəfə Azərbaycana dönüb.
Bunun səbəbinin maliyyə şərtləri ilə əlaqəsi yoxdur. "Sambaçı" müharibə şəraitinə görə daha İsraildə qalmaq istəməyib.
Qəzza bölgəsində HƏMAS-la davam edən döyüşlər cənubi amerikalı legionerin yuxusunu qaçırıb. O. məhz bu üzdən yenidən "Araz-Naxçıvan"la təmas qurub.
İlk dəfə 2022-ci ildə ölkəmizə gəlmiş vingenr "Keşlə" (indiki "Şamaxı") və "Qəbələ"də forma geyinib.
SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
sportinfo.az

1Источники