RU

Ərdoğandan millinin futbolçularına TƏSƏLLİ

Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, qarşılaşmanı stadionda izləyən Rəcəb Tayyib Ərdoğan matçdan sonra soyunub-geyinmə otağına enərək milli futbolçularla görüşüb.

 

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib”, - Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilib. Oyun Türkiyə millisinin 2:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, Niderland yığması Avropa çempionatının yarımfinalına yüksəlib.

 

 

Избранный
44
3
modern.az

5Источники