RU

Hindistan–Rusiya əlaqələri genişlənir?

"Hindistanın Baş naziri Narendra Modinin Moskvaya səfərinin gündəliyi zəngin olacaq, o və Rusiya Prezidenti Vladimir Putin qeyri-rəsmi şəraitdə ünsiyyət qura biləcəklər".

"Operativ Media" xəbər verir ki ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Modi iyulun 8-9-da Rusiyaya rəsmi səfər edəcək.

"Aydındır ki, gündəm zəngin olacaq və bu, rəsmi səfər olacaq. Ümid edirik ki, rəhbərlər qeyri-rəsmi şəraitdə də ünsiyyət qura biləcəklər", - Peskov bildirib. 

O qeyd edib ki, Rusiya ilə Hindistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Prezidentin mətbuat katibi əlavə edib ki, danışıqlar həm Kremldə dar çərçivədə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə aparılacaq. 

"Biz Rusiya-Hindistan münasibətləri üçün çox əhəmiyyətli, tammiqyaslı səfər gözləyirik", - deyə Peskov yekunlaşdırıb.

Modinin Rusiyaya səfəri onun üçüncü dəfə Baş nazir kimi fəaliyyətə başladıqdan sonra ilk səfəri olacaq. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
120
operativmedia.az

1Источники