RU

Braziliya Amerika Kubokunda mübarizəni dayandırdı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün keçirilən son iki oyundan sonra bütün yarımfinalçılar bəlli olub.

Kolumbiya yığması Panamanı beş cavabsız qolla üstələyib. “Turan Tovuz”un panamalı legioneri Roderik Miller də bu oyunun iştirakçısı olub. O, ilk 45 dəqiqədə oynadıqdan sonra fasilədə əvəzlənib.

Uruqvay – Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında rəqibinə uduzan (2:4) “sambaçılar” turnirlə vidalaşıb.

Daha öncə Argentina və Kanada yığmaları da yarımfinala yüksəlmişdilər. Beləliklə, yarımfinal mərhələsində Argentina Kanada ilə, Uruqvay isə Kolumbiya ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 10 və 11 iyulda gerçəkləşəcək.

Qeyd edək ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Amerika Kuboku
1/4 final
7 iyul

Kolumbiya – Panama 5:0
Qollar: Con Kordoba, 8. Ceyms Rodriqes, 15. Luis Dias, 41. Rios Riçard, 70. Migel Borxa, 90+4-pen.

Uruqvay – Braziliya 0:0 (penaltilər 4:2)

Избранный
70
arena.az

1Источники