RU

"İnter" "Bavariya"nın müdafiəçisini transfer etmək istəyir

"Bavariya"nın müdafiəçisi Kim Min Jae İtaliya çempionatına qayıda bilər.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Milan klubunun cənubi koreyalı futbolçunu icarəyə götürmək Münhen nəhəngi ilə danışıqlara başlayıb.

Kim Min Jae ötən yaydan Almaniya klubunda oynayır, ondan əvvəl isə "Napoli"də çıxış edib. Ötən mövsüm müdafiəçi "Bavariya"nın heyətində bütün turnirlərdə 36 matçda iştirak edib, bir qol vurub və komanda yoldaşlarına iki məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir və oyunçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
90deqiqe.az

1Источники