RU

“Hatayspor”un yarımmüdafiəçisi “Latsio”da

“Hatayspor”un yarımmüdafiəçisi Fisayo Dele-Başiru “Latsio”ya keçib. Matc.az xəbər verir ki, bu barədə “qartallar”ın rəsmi saytı məlumat paylaşıb. Roma klubu 23 yaşlı nigeriyalını 2025-ci ilin yayında 7 milyon avroya məcburi satın alma opsionu ilə bir mövsümlük icarəyə götürüb. Qeyd edək ki, Dele-Başiru hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. “Mançester Siti”nin yetirməsi daha əvvəl İngiltərənin “Şeffild Uensdey” klubunda da çıxış edib. “Hatayspor”un heyətində futbolçu 39 oyun keçirib, 9 qol vurub, 6 məhsuldar ötürmə edib.  

Избранный
61
matc.az

1Источники