RU

Makqreqor: “NATO Ukrayna siyasətinin iflasa uğradığını gizlədə bilməz”

“İndi Alyansa üzv olan ölkələr çaşqınlıq içindədir və nə edəcəklərini bilmirlər”
 “NATO-nun Ukrayna siyasəti iflasa uğrayıb və Kiyevin müttəfiqləri bunu gizlətmək üçün heç nə edə bilmirlər”. AYNA xəbər verir ki, bu sözləri Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “Judging Freedom” “YouTube” kanalında deyib.
“Hər kəs artıq başa düşdü ki, NATO-nun Ukraynadakı məğlubiyyətini ictimaiyyətdən gizlədə biləcək belə bir son nəticə əldə edilə bilməz”, Makqreqor əlavə edib.
Deyib ki, indi Alyansa üzv olan ölkələr çaşqınlıq içindədir və nə edəcəklərini bilmirlər: “Amerika kəşfiyyat orqanları noyabrda ABŞ-da keçiriləcək seçkilərin başlanmasına qədər Ukraynanın dağılmasını ləngitmək üçün mümkün olan hər şeyi etməyə çalışır. Mən onların uğur qazanacaqlarını düşünmürəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
ayna.az

1Источники