RU

"XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır" - İlham Əliyev

ATXƏM İB-nin sədri

İlham İsmayılov

İlham

Bildiyimiz kimi, iyulun 6-da Qarabağ bölgəsinin rəmzi və Türk Dünyasının mədəniyyət mərkəzi olan Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir və "Qarabağ Bəyannaməsi” imzalanmışdır. Məkanı və zamanı baxımından bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir. Bu görüşün Şuşada keçirilməsini türk sivilizasiyasının dunyaya mesajı kimi qiymətləndirmək olar, belə ki, bu görüş Türk dünyasında həmrəyliyin gücləndirilməsinə və əməkdaşlığın daha da genişləndirilməsinə təkan verir. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik, bəzi ölkələr hələ də bunu qəbul edə bilmədikləri halda, artıq qarşılarında Türk dövlətlərindən ibarət böyük bir ittifaqı gördükdə, gələcəkdə keçiriləcək bütün strateji, iqtisadi və geopolitik layihələrdən kənarda qalacaqlarını anlayacaqlar.

Gündəmdə əsas məsələ "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” qoyulmuşdur. Görüşdə AR Prezidenti, cənab İlham Əliyev və TDT-nin üzv ölkələrinin dövlət başçıları çixiş edərək, ortaq etnik kökə malik olan Türk xalqlarının dünya tarixində çox böyük siyasi və iqtisadi nailiyyətlərini vurğulamışlar, Türk dövlətlərinin birliyi, həmrəyliyi və gələcəkdə qarşıya çıxan problemlərin birlikdə, ortaq şəkildə həll olunması istiqamətində görüləcək işlər mühüm əhəmiyyət kəsb edir. TDT üzv ölkələri noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycana dəstək verməyə hazır olduqları təqdirə layiqdir. Bildiyimiz kimi, Türk dünyası iqlim dəyişikliyi ilə bağlı mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir və qeyd etmək lazımdir ki, gələcəkdə iqlim dəyişikliyi ilə mübarizə mərkəzi yaradılmalı və bu mübarizə birlikdə aparmalıdır.

Beləliklə, TDT üzv ölkələri liderləri yeni bir mərhələnin təməlini qoydular. Onu da qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin Türk dövlətlərini bir araya gətirməklə bağlı təşəbbüsləri artıq uzun illərdir ki, davam edir və təbii ki, onun Türk dünyasının inteqrasiyasında rolu əvəzediməzdir. O dəfələrlə qeyd etmişdir ki, beynəlxalq arenada dövlətlərin ayrı-ayrılıqda deyil, birlikdə ittifaq yaradaraq hərəkət etməkləri onların təsir gücünü daha da artıracaq və bu prosesdə iştirak edən dövlərlərin hər biri bundan kifayət qədər faydalanacaq. Bu gün artıq Türk dövlətləri vahid güc kimi çıxış etməlidirlər.

Türk dövlətlərinin böyük miqyasda potensialını nəzərə almaqla, birgə səyləri artırmaq və strateji əhəmiyyətli mühüm regional layihələrin, həmçinin TDT-yə üzv olan dövlətlərlə bərpaolunan enerji mənbələri ilə bağlı birgə layihələrin həyata keçirilməsini və dayanıqlı gələcəyin qurulmasını təmin etmək üçün görüləcək işlər zəruridir. Bundan əlavə, iqtisadi rifahi yüksəltmək və beynəlxalq ticarəti genişləndmək, investisiya və tranzit potensialının artırılması üçün Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə TDT üzvləri arasında iqtisadi əlaqəni və inteqrasiyanı gücləndirmək və sıx əməkdaşlıq yaradılmasının zəruriliyini də qeyd etmək lazmdır. Bunula yanaşı enerji, infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat xəttlərinin Azərbaycandan keçməsi və bundan həm bizim. həm də digər ölkələrin faydalanması da nəzərdə tutulur.

Görüşdə həmçinin Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq üçün nəzərdə tutulan “Rəqəmsal İpək Yolu” layihəsi, türk dövlətləri arasında onlayn dövlət xidmətlərinin inteqrasiyası, təhsil platformalarının inkişaf etdirilməsi, səhiyyə texnologiyalarının təkmilləşdirilməsi kimi vacib məsələlərdənmüzakirə olunması gələcəkdə üzvlər arasında bağlantıların və rəqəmsallaşmanın gücləndirilməsinə və daha sıx əməkdaşlığın yaranmasına gətirib çixaracaq.

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində də birgə fəaliyyət göstərməklərinin, sülhün, sabitliyin bərpa olunması və qorunub saxlanilması istiqamətində lazımi tədbirlərin görülməsi sahəsində birgə səy göstərməkləri böyük siyasi əhəmiyyətkəsb edir.

Tədbir iştirakşıları Qatabağda cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işləri, memarlıq və mədəni abidələrin bərpası istiqamətində görülən genişmiqyaslı işləri yüksək qiymətləndirdilər, Azərbaycan xalqının cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə qəhrəmancasına öz torpaqlarını, ərazi bütövlüyünübərpa etməsini alqışlasdılar, regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident, cənab İlham Əliyevə dərin ehtiramlarını bildirdilər. Prezidentimizin apardığı müdrik siyasətə, qarşılıqlı diplomatik münasibətlərə, liderlik xüsusiyyətlərinizə əsaslanaraq qətiyyətlə deyə bilərik ki, ölkəmiz bu gün regionda əsas söz sahibi ölkələrdən biri olaraq, həm də bölgədə sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı kimi, örnək bir ölkəyə, əsas güc mərkəzinə çevrilmişdir.

ATXƏM İB-nin yaranmasında məhz möhtərəm Przidentimiz, cənab İlham Əliyein vaxtilə apardığı "hücum diplomatiyası" böyük rol oynamışdır, belə ki, türkdilli xalqlar arasında əməkdaşlığın yaranması və inteqrasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən ilk təşkilatlardan biriyik.Artıq uzun illərdir ki, "Birlik" jurnalımızda mütəmadi olaraq Türkdilli xalqların mədəniyyətini, tarixini, adət-ənənələrini, folklorunu əhatə edən geniş yazılar dərc olunur. Bununla yanaşı, təşkilatımız davamlı olaraq bir çox ölkələrdə Türkdilli xalqlar arasında elmi, mədəni, tarixi əlaqələrin, əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, Türk toplumları arasında inteqrasiyanın sürətlərndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliğ edilməsi istiqamətində geniş miqyaslı layihələr həyata keçirmişdir. Biz bu günböyük qürur duyuruq ki, bizim də vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq bu istiqamətdə müəyyən qədər işlərimiz olmuşdur.

Türk birliyini gücləndirmək bizim tarixi öhdləliyimizdir və biz bu Türk dövlətləri birliyini daim qoruyub saxlamali və inkişaf etdirməliyik.

2021-ci ildə məhz Şuşada Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalanmışdır.

Və bu il Şuşada keçirilən qeyri-rəsmi Zirvə Görüşündə imzalanan "Qarabağ Bəyənnaməsi" də bir daha sübüt etdi ki, Türk dünyası vahid gücə malikdir və sürətlə inteqrasiya edir, Türk dövlətləri arasında əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
2
turkustan.az

3Источники