RU

"Samsung"un ağıllı üzüyünün qiyməti məlum oldu

Samsung şirkətinin çox gözlənilən ağıllı üzüyü Galaxy Ring haqqında yeni məlumatlar gəlməyə davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, son olaraq ağıllı üzüyün də qiyməti mətbuata sızdırılıb.

Ötən ilin iyul ayında Galaxy Z Fold 5 modelini təqdim edən Cənubi Koreyalı smartfon istehsalçısı Samsung indi Galaxy Z Fold 6 və Z Flip 6 modelləri üçün günləri sayır.

Bundan əlavə şirkət qatlanan telefonları ilə birlikdə "Galaxy Ring" adlı ağıllı üzük də təqdim edəcək.

Rəsmi açıqlamaya görə, Samsungun yeni təqdimatı iyulun 10-da baş tutacaq.

Sızdırılan mənbələrə görə, eynilə ağıllı saat kimi işləyəcək "Galaxy Ring"in qiyməti 300-380 dollar arasında olacaq.

Bu o deməkdir ki, üzük az qala smartfon qiymətinə satılacaq.

Bəs bu üzüyün xüsusiyyətləri nələrdir?

Üzük ürək döyüntüsü və stressi izləməklə yanaşı, dərinin temperaturunu ölçə və aylıq menstrual siklləri izləyə biləcək.

Üzüyün yuxu zamanı xoruldamanı aşkarlama xidməti təklif edəcəyi də bildirilir. Bir sözlə, deyə bilərik ki, üzük eynilə ağıllı saat kimi işləyəcək.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
126
4
milli.az

5Источники