RU

Qaçış üzrə dünya rekordu yeniləndi

Keniyalı idmançı Feyt Kipyeqon Brilliant Liqa yarışında qadınlar arasında 1500 metr məsafəyə qaçışda 3 dəqiqə 49.04 saniyəyə finişə çataraq öz dünya rekordunu yeniləyib.

Yarış Parisdəki "Şarleti" stadionunda baş tutub.

Qaçışçı 2023-cü ilin iyununda Florensiyada müəyyən etdiyi əvvəlki dünya rekordunu 0.07 saniyə üstələyib.

Keçən dəfə idmançı bu məsafəni 3 dəqiqə 49.11 saniyəyə qət edə bilib ki, bu da efiopiyalı Qenzebe Dibabanın 1991-ci ildə əldə etdiyi rekorddan 0.96 saniyə daha sürətli olub.

Qeyd edək ki, Kipyeqonun hesabında iki Olimpiya qızıl medalı (2016, 2020) və iki dünya çempionluğu qələbəsi (2017, 2022) var.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
1
cebheinfo.az

2Источники