2 ildə 35 kilo arıqlayan türkiyəli aparıcı Zuhal Topaldan yeni çimərlik postu gəlib.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, illərdir yemək proqramı ilə ekranlarda olan aparıcı son zamanlar dəyişikliyi ilə diqqət çəkir.
35 kilo çəki atan Topal arıqlamaq istəyənlərin də ilham mənbəyinə çevrilib. Hazırda ailəsi ilə tətildə olan Zuhal tez-tez paylaşımlar edir.
Topal son fotosu ilə gündəm olub. İzləyiciləri çimərlik geyimində poza verən məşhura heyran olduqlarını bildiriblər.
Ona şərhlər və bəyənmələr yağdırıblar.
Topal arıqlamaq üçün həkim nəzarəti altında pəhriz proqramına əməl etdiyini bildirir. Məşhur aparıcı vurğulayır ki, "az yeyin, tez-tez yeyin" qaydası ilə toxluq hissini qoruyub saxlayır, maddələr mübadiləsini sürətləndirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun