RU

Fransada "exit-poll"larda sol ittifaq sürprizi

Fransa səsvermənin ikinci turu tamamlanıb.

"Exit-poll"lara görə, ikinci turda solçu və ekoloq partiyaların yaratdığı Yeni Xalq Cəbhəsi Alyansı ilə Makronun ifrat sağçılara qarşı “Hamımız Respublika naminə” alyansı arasında əməkdaşlıq müsbət nəticə verib.

Seçkidə Yeni Xalq Cəbhəsi alyansı seçki qutusunda birinci olub; Prezident Makronun “Hamımız Respublika naminə” alyansı ikinci olub. İlk turda qalib gələn ifrat sağçı alyans bu turda üçüncü yerə düşüb.

"Elabe poll" şirkətinin "exit-poll"una görə, Yeni Xalq Cəbhəsinin 175-205, Makronun alyansının 150-175-ə, ifrat sağçı (Marine Le Pen) Milli Hərakat alyansının isə 115-150 deputatı ola bilər.

"İpsos-Talan" şirkətlərinin "exit-poll"una görə, seçkidə birinci yeri tutan Yeni Xalq Cəbhəsinin Parlamentdə 172-192, ikinci yeri tutan Makronun ittifaqının 150-170 deputatı ola bilər. Üçüncü yeri tutan Milli Hərakat alyansı və onun müttəfiqlərinin 132-152 deputatı ola bilər. Seçkiləri dördüncü yerdə başa vuran sağ mərkəzçi Respublikaçılar partiyasının parlamentdə 57-67 deputatı ola bilər.

Seçkilərdə iştirak edən heç bir partiya və ya alyans Parlamentdə mütləq çoxluğu əldə etmək üçün lazımi sayda mandata (289) çata bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
marja.az

1Источники