“Sağlam həyat” layihəsi çərçivəsində Qobustan rayonu Sündü kənd Ş.Şikarov adına tam orta məktəbin idman zalında bədən tərbiyəsi rəhbəri Fuad Mehbalıyevin rəhbərliyi altında 3X3 basketbol idman növü üzrə idman tədbiri təşkil olunub.
Rekord.az xəbər verir ki, məşğələ zamanı yeniyetmə oğlan və qızlara 3X3 basketbol idman növü haqqında ətraflı məlumat verilib. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra məşqçi Fuad müəllimin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetirmişlər.
Məşğələnin sonunda gənclər komandalara bölünərək 3x3 basketbol üzrə oyun keçirmişlər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə oğlanlar və qızlar arasında 3X3 basketbol idman növünə marağın artırılması, bu idman növünün rayonda inkişaf etdirilməsi, idman oyunlarının kütləviliyinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği olunması və asudə vaxtın səmərəli təşkili olmuşdur.