RU

Adil Əliyev icra başçısı təyin olunur

Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.
BUTA.TV Azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq. Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.

Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür.

Избранный
69
10
buta.tv

10Источники