RU

Türk torpaqlarına gözünü dikmiş güclərə növbəti mesaj- ÖZƏL

"Türk Dövlətləri Təşkilatının növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı". 

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib:

"Şuşa ötən il "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Ötən ilin oktyabrında Şuşada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi Türk xalqları arasında əlaqələrin inkişafında yeni üfüqlər açıb və Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevrilib. Türkdilli ölkələrin zəngin tarixini nəzərə alaraq, regionda beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində üzv dövlətlər arasında körpü rolunu oynayan təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk torpaqlarına gözünü dikmiş güclərə göndərilmiş növbəti güclü mesaj oldu".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
olaylar.az

1Источники