RU

NATO Ukrayna üçün TOPLANIR: Üzvlük qərarı veriləcək?

NATO liderləri Vaşinqtonda toplaşırlar.

 

Sfera.az bildirir ki, rəhbərlər üç günlük sammitdə görüşəcəklər. Sammitdə ən mühüm gündəm mövzusu Ukrayna olacaq. 

 

Belə ki, Kiyevin Alyansdan hərbi dəstək və üzvlüklə bağlı konkret addımlar gözlədiyi bildirilir. Bununla belə, NATO bəyan edir ki, müharibə bitməmiş Ukraynanın üzvlüyünə qərar verə bilməzlər. Müttəfiqlər də Ukraynadakı hərbi mövcudluqla bağlı ehtiyatlı mövqe nümayiş etdirirlər.

 

Məlumata görə, sammitdə Ukraynaya uzunmüddətli hərbi dəstək veriləcəyi gözlənilsə də, üzvlüklə bağlı mesaj Zelenskinin istədiyi kimi olmaya bilər. İddialara əsasən, liderlər yekun bəyannamədə Ukraynanın üzvlüyünün mümkün olmadığını vurğulayacaqlar.

 

Xatırladaq ki, sammitdə NATO-nun 75 illik yubileyi qeyd olunacaq.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
sfera.az

1Источники