RU

Karlsen Xorvatiyadakı turnirdə iştirakdan imtina etdi

Norveçli qrossmeyster Maqnus Karlsen Zaqrebdə keçiriləcək “Grand Chess Tour”un üçüncü mərhələsində iştirak etməyəcək.

Təşkilatın X sosial şəbəkəsində bununla bağlı bəyanat qeyd edilib: “Təəssüf ki, ailə vəziyyətinə görə qrossmeyster Maqnus Karlsen Zaqrebdə keçiriləcək turnirdən imtina edib”.

Bir ay əvvəl norveçli qrossmeyster “Norway Chess”də altıncı çempionluğunu qazanıb. 10 raundun yekununda o, 17,5 xal toplamaqla gümüş medalçı Hikaru Nakamuranı üç xal qabaqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
futbolinfo.az

1Источники