RU

Türk Dövlətləri Təşkilatı regional və beynəlxalq güc mərkəzinə çevrilir - ÖZƏL ŞƏRH

Qarabağ Bəyannaməsi türk dünyasının birliyini daha möhkəmləndirəcək

Regionda və beynəlxlaq aləmdə xüsusi gücə və təsir dairəsinə malik olacaq yeni bir dövlətlər birliyi olan Türk Dövlətləri Təşkilatı (TDT) inkişaf mərhələsini geridə qoyub. Artıq beynəlxalq münasibətlər sistemində təsir dairəsini genişləndirən Türk Dövlətləri Təşkilatı qəbul etdiyi beynəlxalq əhəmiyyətlə qərarları ilə  söz sahibinə çevrilmək iddiasını ortaya qoyub. Məsələ orasındadır ki, TDT beynəlxalq birliklərə mesajlarını məhz təcavüzkar Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərindən verir. Başqa sözlə, işğaldan azad edilmiş Şuşa artıq qısa zaman müddətində qlobal problemlərin həll olunduğu məkana çevrilməkdədir.  Elə iyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin liderlərinin iştirakı ilə Şuşa şəhərində baş tutan qeyri-formal sammit fikrimizi bir daha təsdiq etmiş olur.  Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə qatılması siyasi məna daşımaqla yanaşı, həm də sözügedən qurumun artan  nüfuzundan xəbər verir. 
Bu arada qeyd edək ki, Zirvə görüşünün Türk Dövlətləri Təşkilatının mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi də təsadfi deyil. Məlum olduğu kimi hazırda Azərbaycan regional və beynəlxalq problemlərin həlli məqsədilə bir sıra təşəbbüslə çıxış edir. Belə bir tədbirin Şuşada keçirilməsi təklifi də məhz Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gəlib. Belə ki, Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Üstəlik bəyan etmişdi ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Məhz bu amil məzərə alınaraq bu dəfə qeyri-rəsmi sammitdə kifayət qədər ciddi məslələr nüzakirə edilərək müvafiq qərarlar qəbul edildi.
 Sammit çərçivəsində imzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Çünki, bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur. Qarabağ Byənnaməsinin imzalanması bir daha deməyə əsas verir ki, Türk dövlətlərinin daha sıx inteqrasiyasına, ən müaxtəlif sahələrdə birgə  əməkdaşığa,  xüsusən, sosial, iqtisadi, siyasi, hərbi və humanitar sahələrdə yardımlaşmağa mane olan heç bir qüvvə yoxdur. Əksinə, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hələ bu il fevralın 14-də keçirilən andiçmə mərasimində qətiyyətlə vurğulamışdı ki, bizim başqa ailəmiz yoxdur: "Bizim ailəmiz Türk dünyasıdır". Dövlət başçısı dəfələrlə bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Məhz bu çağırışdan sonra Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Türk Dövlətləri Təşkilatının  regional bə beynəlxlaq güc mərkəzinə çevrilməsi İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Nəticədə  "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Sözügedən qeyri-rəsmi sammitdə isə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlarla bağlı səsləndirdiyi mesajlar TDT-nı beynəlxalq instituta çevrilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 
 Qeyri-rəsmi sammitdə qəbul edilən qərarlar heç şübhəsiz ki, TDT-nın təşkilat olaraq mövcid olması və inkişafı, onun beynəlxalq status alması və türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından xüsusi önəm daşıyır. Sammitdə Azərbaycan przidenti İlham Əliyev elan etdi ki,  ölkəmiz  bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürüb. Bu kimi amillər nəzərə alınaraq Zirvə görüşündə "Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar" imzalandı.
Məlum olduğu kimi TDT-nın təsir dairəsinin genişlənməsi və söz sahibinə çevrilməsi üçün türk dövlətlərinin iqtisadi əlaqələrinin daha da genişlənməsinə ehtiyac var. Elə bu səbədən  Sammitdə qeyd edildi ki, türk dövlətlərinin potensialı bunun reallaşdırılmasına imkan verir. Mövcud potensialın hədəflərə yönəldilməsi üçün nəqliyyat dəhlizinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Heç şübhəsiz ki, Türk dövlətlərinin həmtəyliyi, onlaın ümüumi hədəflərə hesablanmış qərarları da TD-nin inkişafına təsirsiz ötüşməyəcək.  "Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür" söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, artıq qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.
Ümumi nəticə baxımından qeyd edilməlidir ki, belə bir mötəbər sammitin məhz Şuşada keçirilməsi təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Şübhəsiz ki, sammitdə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və  Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da artırılmasında mühüm rol oynayacaq. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
olaylar.az

1Источники