RU

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Aktyor "Qaynarinfo"ya açıqlamasında əməliyyat olunduğunu bildirib:

"Belimdə uzun illərdir problemlər var idi. Ya əməliyyat olunmalı idim, ya da müalicə. Həkimlər fizioterapiya müalicə kursu təyin etdilər. Baxdılar ki, nəticə vermir. İllərdir əziyyət çəkirdim, axırda dedim ki, əməliyyat edin, canım qurtarsın".

Aktyor hazırda evdə olduğunu vurğulayıb:

"Müalicə yazıblar, görək necə olacaq".


Избранный
108
27
news365.az

10Источники