RU

Erməni deputat: “Yeni sərhədi təəccüblə izlədik“

Ermənistanın hakim "Mülki müqavilə" partiyasından olan deputat Lusine Badalyan delimitasiya ilə bağlı diqqət çəkən açıqlama verib. News365.az xəbər verir ki. o, revanşistlərdən fərqli olaraq Azərbaycanla aparılan danışıqların tərəfində olduğunu sərhəd quruculuğu işlərini alqışlayıb.

"Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Mülki Müqavilə” fraksiyasının deputatları Kirantsda oldular. Deputatlar sərhəd müəyyən edilmiş ərazilərdə aparılan möhkəmləndirmə işləri ilə tanış olublar. Gəlişimizlə bağlı əvvəlcədən xəbərdarlıq etməmişdik. Gedib təəccüblə nə baş verdiyini görməliydik. Mən dinc insanların yaxınlıqda öz işləri ilə rahat şəkildə məşğul olduğunu gördüm. Bundan başqa razılaşdırılmış sərhədə yaxın yerlərdə gözəl işlərin görüldüyünü gördüm. Orada başa düşürsən ki, siz artıq təhlükədə deyilsiniz. Yəni demarkasiyadan əvvəlkindən fərqli olaraq daha təhlükəsizir. Ümid edirəm ki, bu işlər dayandırılmayacaq”.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
news365.az

1Источники