RU

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı vədövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunuimzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, sanksiya tətbiq edilməliolan fiziki şəxslər və qurumlar – “Hədəfli maliyyə sanksiyalarıhaqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişfiziki şəxslər və qurumlardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilənmüddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş)iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqana (quruma) məlumat verilməlidir.

Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər)elektron ərizə formasını doldurur, işçilərlə, o cümlədən AzərbaycanRespublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbivə vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əməkmüqaviləsinin məlumatlarını həmin ərizəyə daxil edir, ərizədə qeydolunan məlumatlar əsasında elektron sənəd formasında yaradılannizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmişelektron imza ilə təsdiq edir. Adi elektron dövlət qeydiyyatızamanı təsisçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraqhazırlanmış nizamnamə elektron ərizə formasına əlavə olunabilər.

Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxselektron ərizə formasında yalnız təkbaşına icra orqanının rəhbəri,fəaliyyət sahəsi və işçilərlə, o cümlədən AzərbaycanRespublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbivə vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əməkmüqaviləsinin məlumatlarını göstərir. Bu halda təsisçi elektronsənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanışolur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektrondövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi(qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi(təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər)tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektrondövlət qeydiyyatı zamanı elektron ərizəyə daxil edilmiş işçilərləilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları qeydiyyatprosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə,dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetəgöndərildikdən) sonra avtomatik olaraq müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminəötürülür.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektrondövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğutəqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarətreyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiqedən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatıtəsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğuzaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən AzərbaycanRespublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənardaisə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və yakonsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və yadiplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlətdilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat”informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiqolunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-cimaddəsinə uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat”informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiqolunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminəötürülür.

Elektron dövlət qeydiyyatı zamanı ərizədə təsisçi (təsisçilər)fəaliyyət sahəsi, işçilərlə, o cümlədən Azərbaycan Respublikasınınərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığıolmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsininməlumatlarını göstərir, özü tərəfindən daxil edilmiş məlumatlaraəsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxtrejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiqedir.

“11.3.3-1. kommersiya qurumlarına münasibətdə bu Qanunun11.3.1–11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdətutulanlardan əlavə olaraq, həmçinin:

11.3.3-1.1. eyni adlı hüquqi şəxs qeydiyyata alınmışolduqda;

11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqişəxslər istisna olmaqla, hüquqi şəxsin adında AzərbaycanRespublikası dövlət orqanlarının (qurumlarının) və ya yerliözünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından(qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisnaolmaqla) istifadə edildikdə;

11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin payı olanhüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında AzərbaycanRespublikası və ya Azərbaycan Respublikasının dövlət orqanları(qurumları) və ya yerli özünüidarəetmə orqanları ilə əlaqəli olmasıtəəssüratı yaradan söz və ya ifadələrdən istifadə edildikdə;

11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindənlisenziyalaşdırıldığı və ya digər formada səlahiyyətləndirildiyibarədə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada bilənadlardan istifadə edildikdə;

11.3.3-1.5. hüquqi şəxsin adında milli qəhrəmanların vəşəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan)istifadə edildikdə;

11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının birvə ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözünmənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmləristisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinindəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yaradabiləcək addan istifadə edildikdə;

11.3.3-1.7. hüquqi şəxsin adında Azərbaycan əlifbasında olanhərflər, rəqəmlər, “nöqtə”, “vergül”, “dırnaq”, “defis” və “nömrə”işarələri istisna olmaqla, digər işarələr və simvollardan istifadəedildikdə;

11.3.3-1.8. xarici ölkələrdə mövcud olan hüquqi şəxslərintəşkilati-hüquqi formalarını əks etdirən termin və ya qısa adlardanistifadə edildikdə (xarici hüquqi şəxslərin nümayəndəlik və yafilialları istisna olmaqla);

11.3.3-1.9. hüquqi şəxsin adında xarici ölkələrin tam və yaqısaldılmış rəsmi adlarından istifadə edildikdə (xariciinvestisiyalı qurumlar istisna olmaqla);

11.3.3-1.10. hüquqi şəxsin adında beynəlxalq təşkilatların tamvə ya qısaldılmış adlarından istifadə edildikdə;

11.3.3-1.11. hüquqi şəxsin adında “Banklar haqqında”, “Sığortafəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” AzərbaycanRespublikasının qanunları və Azərbaycan Respublikasının digərsahəvi qanunları ilə qadağan edilən sözlərdən istifadəedildikdə;

11.3.3-2. hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəliyi vəya filialının və ya onların təsisçisinin və ya qanuni təmsilçisininadı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsindəbarəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısındaolduqda;”.

Maddə 2. Keçid müddəa

Bu Qanunun 1.6.1-ci maddəsinin konsul leqallaşdırılması tələbolunan sənədlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemi vasitəsilə təqdim olunmasıilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətəbaşladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının)informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyəminir.

Избранный
81
2
az.trend.az

3Источники