RU

Prezident İlham Əliyev Əmək və Mülki Məcəllə ilə bağlı fərman imzaladı

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ƏməkMəcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsindədəyişiklik edilməsi haqqında” qanunun tətbiqi və “AzərbaycanRespublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsivə bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AzərbaycanRespublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklikedilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsininüçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyətiorqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentihəyata keçirir.

Həmin Məcəllənin 47.2-ci maddəsinin üçüncü cümləsində “orqan(qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti vəAzərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsindəvə Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklikedilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 maytarixli 1156-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həlletməlidir.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi,qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələlərihaqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağıdakıdəyişikliklər edilib:

"3.1. 3.1-ci bənddə “139.4-cü (üçüncü cümlədə)” sözləri “47.2-civə 139.4-cü maddələrinin üçüncü cümlələrində” sözləri ilə əvəzedilsin;

3.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. həmin Məcəllənin 47.2-ci maddəsinin üçüncü cümləsində“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti vəAzərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

Избранный
58
1
az.trend.az

2Источники