Cüdo üzrə Azərbaycan yığması Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığın növbəti mərhələsini başa vurub.
İdman.biz xəbər verir ki, idmançılarımız Avropa Cüdo İttifaqının (EJU) İspaniyanın Benidorm şəhərində təşkil etdiyi təlim-məşq toplanışından qayıdıblar.
Komandamız Bakıdakı bazasında məşqlərə başlayır. Cüdoçular Olimpiadaya son hazırlıqlara başlamaq üçün yüngül zədələri sağaltmaq imkanı əldə edəcəklər.
İdman.biz