Macarıstanın baş naziri Viktor Orban rusiyalı həmkarı Vladimir Putindən Amerika lideri Co Baydenə çatdırmaq üçün heç bir mesaj almayıb, çünki macar siyasətçinin hazırkı məqsədi Ukraynadakı münaqişə tərəfləri arasında fikir ayrılıqlarını anlamaqdır.
HİT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Xeyr, Putin Orban vasitəsilə heç bir mesaj verməyib. Cənab Orban ciddi bir təşəbbüs göstərir. Maraqlı tərəflər arasında bütöv fikir ayrılıqları var və Orban bu fikir ayrılıqlarının mahiyyətini anlamağa çalışır ki, bu da yüksək qiymətləndirilir", deyə Peskov Putinin Baydenə mesajının olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib.
İyulun əvvəlində Orban Kiyevə, sonra isə Moskvaya səfər edib. O, Rusiya Federasiyasına səfərini “sülh missiyasının” davamı adlandırıb. Avropa İttifaqı Macarıstanı bu səfərə görə tənqid edib və Almaniya bu ölkədən Aİ Şurasına sədrlikdən istefa verməsini tələb edib.
Macarıstanın baş naziri bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə münaqişənin həlli və hərbi əməliyyatlar başa çatdıqdan sonra Avropanın təhlükəsizliyi ilə bağlı mövcud planlar barədə fikirlərini soruşub. Orban həmçinin Putinə qısamüddətli atəşkəsi nəzərdən keçirməyi təklif edib.
Bundan sonra Macarıstanın baş naziri Çinə gedib və orada Çin lideri Si Szinpinlə görüşüb. Orbanın növbəti dayanacağı Vaşinqtondur.
Samir