RU

Adil Əliyev icra başçısı təyin olundu - Yenilənib

Milli Məclisin vitse-spikeri Adil Abış oğlu Əliyev icra başçısı təyin edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə o, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

10.09. Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.

Mia.az “AzPolitika.info”ya istinadla bildirir ki, Adil Əliyev haqda sərəncam tezliklə elan olunacaq.

Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür.

Избранный
49
10
mia.az

10Источники