RU

Britaniyada 5 baş naziri "yola salan" pişik hələ də iş başındadır

Böyük Britaniya baş nazirinin iqamətgahının yerləşdiyi Dauninq küçəsinin sakinləri 5 dəfə dəyişsə də, iqamətgahın pişiyi Larri hələ də növbətçiliyini davam etdirir.

Publika.az xəbər verir ki, Larri 2011-ci ildə evin içində siçanları ovlamaq üçün sahibləndirilib.

2007-ci ildə doğulan və 17 yaşdan yuxarı olduğu güman edilən bu pişik 10 ildən artıqdır ki, həmin ərazidə yaşayır. Larri 1989-cu ildə Marqaret Tetçerin hakimiyyəti dövründə baş nazirin iqamətgahında sahibləndirilən və 1997-ci ildə təqaüdə çıxan küçə pişiyi Humpreydən sonra bu vəzifəni tutan ilk pişikdir.

Larriyə baş nazirin iqamətgahında "Baş siçan ustası" adı da verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
publika.az

1Источники