RU

Çin lideri dünya güclərinə səslənib: Rusiya ilə Ukraynaya birbaşa dialoqun bərpasına kömək edin!

Çin

Çin lideri Si Cinpin bazar ertəsi Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı dünya güclərini Rusiya və Ukraynaya birbaşa dialoq və danışıqların bərpasına kömək etməyə çağırıb.

Reyting.az
xatırladır ki, Orban Ukraynada sülhün nizamlanması perspektivlərini müzakirə etmək üçün keçən həftə Rusiya və Ukraynaya analoji səfərlərdən sonra Çinə gözlənilməz səfər edib.

Baş nazir Çinin sülhə nail olmaq üçün “konstruktiv və mühüm təşəbbüslərini” yüksək qiymətləndirib və Pekini qlobal qarışıqlıq şəraitində sabitləşdirici qüvvə adlandırıb.

Rusiya və Ukraynadan başqa, müharibənin sona çatması “üç dünya qüdrətinin: ABŞ, Avropa İttifaqı və Çinin qərarından asılıdır”,- deyə Orban Çin liderinə bildirib.

Xatırladaq ki, Viktor Orban Si Cinpinlə də iki ay əvvəl Budapeştdə müzakirələr aparıb.

Onu da qeyd edək ki, Orbanın rəhbərliyi altında Macarıstan Çinlə güclü siyasi və iqtisadi əlaqələr qurub. Avropa ölkəsi bir sıra Çin elektrikli avtomobil akkumulyatoru fabriklərinə ev sahibliyi edir və dekabr ayında Çinin elektrik avtomobil nəhəngi BYD-nin ölkənin cənubunda ilk Avropa elektrik avtomobili fabrikini açacağını elan edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
reyting.az

1Источники