RU

Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasını qlobal arenada güc mərkəzinə çevririr - Sevil Mikayılova

Bakı. Trend:

İyulun 6-da Şuşa şəhərində baş tutmuş Türk DövlətləriTəşkilatının qeyri-rəsmi Zirvə görüşü tarixi sənədin qəbul olunmasıilə yadda qaldı. Əminliklə söyləməliyik ki, imzalanmış QarabağBəyannaməsi və qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyinivə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha dagücləndirəcək.

Azərbaycanın təşəbbüsü ilə hər il keçirilən Türk DövlətləriTəşkilatının qeyri-rəsmi Zirvə görüşü üzv ölkələr arasındaəməkdaşlığı daha da möhkəmləndirmək üçün vacib birplatformadır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı SevilMikayılova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Türkdünyasının birləşdirilməsi istiqamətində atdığı addımlar kiçikzaman kəsiyində uğurlu olub.

"Bu gün vahid ideya ətrafında birləşmiş türkdilli dövlətlərineffektiv müzakirə platformasına çevrilmiş TDT bu coğrafiyada təmsilolunan xalqların parlaq gələcəyi üçün tarixi rol oynamaqdadır.

Azərbaycan Prezidentinin öz çıxışında bildirdiyi kimi, TürkDövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinəçevrilməlidir.

"Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbətdemoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüşmeydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbiiresurslarımız, onların nəqli üçün müasir infrastruktur, MərkəziAsiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirənnəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimizbizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərəsadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıxbirləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".

Qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Türk ölkələriilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biridir. Türkdünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsiAzərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirir.

Azərbaycan həmişə Türk dünyasının birləşməsi üçün səylərgöstərib. Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasınınsiyasi, iqtisadi və hərbi qüdrətini artırmaqla qlobal arenada gücmərkəzinə çevirir", - deyə deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyev çıxışındavurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında gücmərkəzlərinin birinə çevrilməlidir:

"Üzv ölkələr geniş coğrafi əraziyə malikdirlər, müsbətdemoqrafik dinamika və yüksək hərbi potensiala sahibdirlər. Zəngintəbii resurslar və müasir infrastruktur Türk dünyasının böyüksərvətidir.

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərəmalik olmaları, ölkələrimizi daha da birləşdirir. Prezident İlhamƏliyev Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturununnəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığınıvurğuladı və buna görə Azərbaycan bu günlərdə Katibliyin hesabına 2milyon ABŞ dolları məbləğində vəsait köçürüb.

Prezident İlham Əliyevin Şuşada Türk Dövlətləri TəşkilatınınDövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışıAzərbaycanın beynəlxalq aləmdə artan rolunu və Türk dünyasınınbirliyini daha da möhkəmləndirmək istiqamətində səylərini bir dahatəsdiqlədi. Bu görüş, həmçinin, əlaqələrin daha da güclənməsi vəmüxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün yeniperspektivlər açır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
3
az.trend.az

4Источники