RU

Türk dövlətləri böyük iqtisadi potensiala malikdirlər- ÖZƏL

"Türk dünyasının birliyinin daha da gücləndirilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürülür. Ticarət həcminin artırılması, investisiya imkanlarının qiymətləndirilməsi və birgə layihələrin həyata keçirilməsi kimi məsələlər üzərində iş aparılır. Bu məqsədlə mütəmadi şəkildə biznes-forumlar, iqtisadiyönümlü tədbirlər təşkil edilir, Türk Dövlətləri Təşkilatında birləşən ölkələr arasında qarşılıqlı anlaşmalar, sazişlər imzalanaraq icraya yönəlir. Türk dövlətləri arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq iqtisadi inkişafı dəstəkləyən mühüm addımlardır. Türkdilli ölkələr qeyd edilən sahələrdə də çox böyük potensiala malikdir".
"Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın iqtisadi imkanlarından geniş bəhs edir, əlaqələrin inkişafına veriləcək töhfələrdən bəhs edir. Cənab İlham Əliyevin Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı da bu baxımdan diqqətdə oldu. Prezident İlham Əliyev bildirdi ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır.  Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan "Rəqəmsal İpək Yolu" layihəsi də mühüm təşəbbüslərdən biridir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
olaylar.az

1Источники