RU

İstefa versə də, Makron qəbul etmədi


Fransa Prezidenti Emmanuel Makron ölkənin Baş naziri Qabriel Attalın istefasını qəbul etməyib.

Faktmedia xəbər verir ki, bu barədə məlumatı “Agence France-Presse” yayıb. 

“Dövlət başçısı Baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq öz vəzifəsində qalmasını istəyib”, - deyə agentlik yazıb. 
Qeyd edək ki, Q.Attal dünən ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələrindən sonra bu gün istefa verəcəyini bəyan etmişdi: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər respublika prezidentinə istefamı təqdim edəcəyəm”. 

Q.Attal sözügedən vəzifəyə cari ilin yanvarında təyin edilmişdi.

Onu da xatırladaq ki, Fransadakı seçkilərdə solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb.

İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.

Избранный
67
2
faktmedia.az

3Источники