RU

Apple adi iPad və iPad mini planşetlərinin yeni modellərini hazırlayır

     Apple şirkəti may ayında iPad Pro 2024 və iPad Air 2024 planşetlərini təqdim etmişdi. İndi isə şirkətin digər iPad modellərini yeniləyəcəyi gözlənilir. Söhbət, adi iPad və iPad mini planşetlərinin yeni modellərindən gedir. Şirkət isə bu iPad modellərinin yeni versiyalarını hazırlayır. Belə ki, insayderlər Apple şirkətinin server kodunda bu planşetlərin yeni versiyalarının hazırlandıqlarına dair sübutu aşkar ediblər. Server kodunda aşağıdakı iPad adları ortaya çıxıblar.- iPad15.7 - 11-ci nəsil iPad (Wi-Fi)- iPad15.8 - 11-ci nəsil iPad (Wi-Fi + mobil şəbəkə dəstəyi)- iPad16.1 - iPad mini 7 (Wi-Fi)- iPad16.2 - iPad mini 7 (Wi-Fi + mobil şəbəkə dəstəyi).     İlk iki iPad modelinin yanındakı ədəd identifikatorlarına əsasən onlar Apple A16 prosessoruna sahib olacaqlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, 10-cu nəsil iPad planşetləri Apple A14 prosessoru vasitəsilə çalışırlar. Yerdə qalan iki iPad modelinin yanındakı ədəd identifikatorlarına əsasən isə onlar Apple A17 prosessorunu əldə edəcəklər. 11-ci nəsil iPad və iPad mini 7 ya bu il ya da gələn il təqdim olunacaqlar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
technote.az

1Источники