RU

Redmi K70 Ultra tamamilə yeni növ ekranı əldə edəcək

     Xiaomi və TCL şirkətləri birgə şəkildə mobil cihazlar üçün nəzərdə tutulmuş yeni ekranı anons ediblər. Anons edilmiş ekran ilk növbədə Redmi K70 Ultra smartfonuna quraşdırılacaq. Söhbət, C8+ adlı ekrandan gedir. Verilmiş məlumata əsasən bu yeni ekran daha uzun xidmət müddətinə və yaxşılaşdırılmış işıq effektinə sahibdir. Ekran 1.5K keyfiyyətindədir və 144 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyir.     Bununla yanaşı ona barmaq izi skanı texnologiyasını da inteqrasiya etmək mümkündür. Ekranın çalışmasından isə PixelWorks X7 adlı çip cavabdehdir. Qeyd etmək lazımdır ki, Redmi K70 Ultra smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışmalı və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Bir neçə müddət bundan öncə isə Redmi brendi rəsmi şəkildə açıqladı ki, sözügedən smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Redmi K70 Ultra-nın yaxın zamanda təqdim olunacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
technote.az

1Источники