RU

Xiaomi MIX Fold 4 və MIX Flip smartfonları bu ay təqdim olunacaqlar

     Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ün və ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-in təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, bu smartfonların təqdimatları artıq çox yaxındır. Xiaomi şirkətinin təsisçisi və CEO-su olan Lei Jun öz sosial şəbəkə hesablarında bildirib ki, şirkət Pekində 81 000 kvadrat metr sahəsi olan yeni nəsil zavodu işə salıb. İşə salınmış zavodda il ərzində 10 milyon ədəd flaqman smartfon istehsal ediləcək. Bununla yanaşı Lei Jun qeyd edib ki, həmin zavodda həmçinin Xiaomi MIX Fold 4 və MIX flip smartfonları da istehsal olunacaq.     Lei Jun tərəfindən təqdim edilmiş posterin aşağı hissəsində isə qeyd edilib ki, adları sadalanmış smartfonlar artıq bu ay ərzində təqdim olunacaqlar. Posterdə dəqiq təqdimat tarixi əks olunmayıb. Çox güman ki, şirkət bu barədə rəsmi məlumatı yaxın zamanda təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Xiaomi MIX Fold 4 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Xiaomi MIX Flip-in texniki imkanları barəsində isə dəqiq məlumatlar hələ yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
technote.az

1Источники