RU

Türkiyəli qrossmeyster Maqnus Karlseni 41,2 saniyəyə məğlub edib

Bakı,TurkicWorld

12 yaşında qrossmeyster adını alan tarixin ən gənc dördüncü şəxsi olan Türkiyə milli şahmatçısı Yağız Kaan Erdoğmuş hal hazırda tarixin ən yaxşısı kimi tanınan norveçli qrossmeyster Maqnus Karlseni 41,2 saniyədə mat edib.

TurkicWorld xəbər verir ki, Türkiyənin milli şahmat idmançısı Yağız Kaan Erdoğmuş qatıldığı turnirdə Maqnus Karlseni məğlub edərək böyük uğura imza atıb.

Yağız Kaan Erdoğmuş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinə əsasən, aktiv idmançılar arasında ən gənc qrossmeyster adına sahibdir.

Qeyd edək ki, 33 yaşlı norveçli şahmat qrossmeysteri Maqnus Karlsenin beş dünya çempionluğu var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
turkic.world

1Источники