RU

The Guardian: ABŞ-dən olan 60-dan çox politoloq Ukraynanın NATO-ya inteqrasiyasına qarşı çıxıb

60-dan çox amerikalı politoloq Ukraynanın NATO-ya inteqrasiyasına qarşı çıxıb.

Bu barədə "The Guardian" tərəfindən dərc edilmiş açıq məktubda deyilir .

ABŞ-nin müxtəlif qurumlarının ekspertləri xatırladıblar ki, NATO normaları müttəfiqlərdən birinə hücum zamanı alyans üzvlərini silahlı münaqişəyə girməyə məcbur edir. Deməli, Ukrayna qoşulsa, ABŞ Rusiya ilə qarşı-qarşıya durmağa məcbur olacaq ki, bu da dünya müharibəsinə gətirib çıxara bilər.

“Birləşmiş Ştatlar bu gün Ukraynaya görə Rusiyaya qarşı döyüşməməlidir və gələcəkdə də Ukraynaya görə Rusiya Federasiyasına qarşı döyüşməyi öhdəsinə götürməməlidir”, - politoloqlar vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
aznews.az

1Источники