RU

Qatlana bilən Honor Magic Vs3 smartfonunun render fotoları ortaya çıxıb

     Honor şirkəti 12 iyul tarixində qatlana bilən Honor Magic V3 smartfonunu təqdim edəcək. Lakin bu, şirkətin həmin tarixdə təqdim edəcəyi yeganə qatlana bilən smartfon olmayacaq. Belə ki, şirkət üstəlik Honor Magic Vs3 adlı daha bir yeni qatlana bilən smartfonunu təqdim edəcək. İndi isə bu smartfonun render fotoları ortaya çıxıblar. Ortaya çıxmış fotolara əsasən Honor Magic Vs3 smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və yaşıl.     Honor Magic Vs3 smartfonu xarici görünüşcə Honor Magic V3-dən fərqlənəcək. Belə ki, Honor Magic Vs3-ün arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd obyektiv mövcud olacaq. Kameralardan birinin periskop olacağı gözlənilir. Honor Magic Vs3-ün texniki imkanları barəsində məlumat yoxdur. Lakin nəzərə alsaq ki, bu smartfon Honor Magic V3-ün bir qədər sadələşdirilmiş versiyası olacaq, o zaman güman etmək olar ki, smartfon ya Snapdragon 8 Gen 2 ya da Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 5000 mAh və ya ondan daha böyük həcmli batareyanı əldə edə bilər.

Избранный
109
technote.az

1Источники