RU

Yenilənmiş Siri gələn ildən tez istifadəyə verilməyə bilər

     Apple şirkəti keçən ay baş tutmuş WWDC 2024 konfransı çərçivəsində yenilənmiş Siri səsli köməkçisini təqdim etmişdi. Yenilənmiş Siri öz növbəsində Apple Intelligence adlı süni zəka ekosisteminə daxildir. Yenilənmiş Siri məhz Apple Intelligence ekosisteminə daxil olan süni zəka funksiyaları sayəsində istifadəçilərə daha geniş imkanları təqdim edəcək.     Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən yenilənmiş Siri çox güman ki, 2025-ci ilin yaz fəslinə kimi istifadəyə verilməyəcək. İnsayderin proqnozuna əsasən yenilənmiş Siri səsli köməkçisi iOS 18.4 çərçivəsində istifadəyə veriləcək. iOS 18.4-ün isə gələn ilin yaz fəslində istifadəçilərə təqdim olunacağı gözlənilir. Səsli köməkçinin yenilənmiş versiyasının istifadəyə verilməsindən öncə onun beta test mərhələsi keçiriləcək. Çox güman ki, beta test mərhələsinə gələn ilin yanvar ayında start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
technote.az

1Источники