RU

Ermənistanın XİN rəhbəri NATO sammiti çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan "X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Ermənistan XİN rəhbəri NATO sammiti çərçivəsində NATO tərəfdaşları ilə keçiriləcək tədbirdə, həmçinin alyansın 75 illiyinə həsr olunmuş digər tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır.
Избранный
186
2
7news.az

10Источники