Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
Referans.az verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə təsdiqlənib.
Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.
2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта