RU

Vitse-prezidentlər Şurası türk dövlətlərinin inteqrasiyasına yeni təkan verəcək...

Image

Artıq beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin Şuşa görüşü dünyada diqqət mərkəzində saxlanılır. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bütün bunların daha bir təzahürü oldu.

Xatırladaq ki, Şuşa şəhərdə Türk Dövlətləri Təşkilatının qeyri-formal sammiti keçirilib. Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev zirvə görüşündə iştirak ediblər. Onu da qeyd edək ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. Burada dövlət başçısı dedi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Şuşa görüşündə müxtəlif müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Səslənən təkliflərin əksəriyyəti “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə öz əksini tapıb. Həmin məqamlardan biri də 29-cu bəndlə bağlıdır. Burada qeyd olunur ki, Hökumət Başçıları/Vitse-Prezidentlər Şurasına dair Qırğız Respublikasının təklifini nəzərə alırlar. Qeyd edək ki, vitse-prezidentlik institutu türk ölkələrində istifadə olunur. Bu, institusional sferanı, idarəetmənin təkmilləşdirilməsini, daha çevik və səmərəli komandanın formalaşmasını, demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir. Vitse-prezidentlik institutunun yaradılması dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizdə yeni siyasi-hüquqi inkişaf mərhələsində əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, qarşıda duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir. 

İndi diqqət mərkəzində olan məsələlərdən biri də türk ölkələrinin Vitse-Prezidentlər Şurasının yaradılmasıdır. Bunun yaxın tezlikdə həyata keçirilməsi gözlənilir. Nəticədə türk ölkələrinin inteqrasiyası vitse-prezidentlər vasitəsilə də həyata keçəcək. Qurumun funksionallığı üçün onun sədarətinin formalaşması da gözləniləndir. Bu posta, şübhəsiz ki, ən layiqli namizədlərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Əvvəla, idarəçilikdə Mehriban xanım Əliyevanın kifayət qədər böyük təcrübəsi var. Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətinə böyük maraq göstərib. Xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb.  Heydər Əliyev Fondunun prezidentinin UNESCO və ISESCO-nun xoşməramlı səfiri olması həm də bundan qaynaqlanıb. Düzdür, sonradan UNESCO-nun ölkəmizə qarşı qərəzli mövqeyi səbəbindən Mehriban xanım Əliyeva bu postdan istefa verib. Vitse-Prezidentlər Şurasında da Mehriban xanım Əliyevanın ölkəmizi layiqincə təmsil edəcəyi şübhə doğurmur. Onun fəaliyyətinin nəzərə alınması fonunda ilkin dövrdə Vitse-Prezidentlər Şurasının sədri vəzifəsinin Mehriban xanım Əliyevaya həvalə edilməsi də tamamilə gözləniləndir.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
1
baki-xeber.com

2Источники