RU

CMF Phone 1 smartfonu təqdim edilib - QİYMƏTİ

     Nothing şirkətinin CMF adlı subbrendi daha öncə də söz vermiş olduğu kimi öz ilk smartfonu olan CMF Phone 1-i təqdim edib. CMF Phone 1 son illərin ən qeyri-adi smartfonlarından biridir. Onun gövdəsində Nothing Phone smartfonlarının gövdələrində olduğu kimi Glyph adlı işıqlandırma sistemi mövcud deyil. Lakin CMF Phone 1 öz arxa panelinin fərdiləşdirilməsi (customization) özəlliyi ilə seçilir. Arxa qapaq əsas gövdəyə bir neçə vint sayəsində bərkidilib. Həmin vintləri isə smartfonun komplektinə daxil olan vintaçan vasitəsilə açmaq olar. Arxa vintləri açandan sonra istifadəçi digər rəngdə və ya örtüyə sahib arxa qapağı smartfona bərkidə bilər.     Bununla yanaşı smartfonun arxa panelinə müxtəlif aksesuarları da birləşdirmək olar. Buna misal olaraq bank kartının saxlanması keysini, qatlana bilən dayağı və smartfonun əldə rahat gəzdirilməsi üçün nəzərdə tutulmuş ipi gətirmək olar. CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IPX2 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.     CMF-nın bu ilk smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda CMF Phone 1 smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. CMF Phone 1 Nothing OS 2.6 interfeysli Android 14 vasitəsilə çalışır. Məlumatda qeyd edilib ki, smartfon 2 il Android dəstəyinə və 3 il təhlükəsizlik dəstəyinə sahib olacaq. CMF Phone 1 yaxın günlərdə satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 239 avroya, 256 GB yaddaşa sahib versiya isə 279 avroya satılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
technote.az

1Источники