RU

CMF Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

     Nothing şirkətinin CMF subbrendi öz ilk smartfonu CMF Phone 1 və yeni smart saatı CMF Watch Pro 2 ilə yetinməyərək üstəlik yeni naqilsiz qulaqlığını da təqdim edib. Subbrendin yeni naqilsiz qulaqlığı CMF Buds Pro 2 adlanır. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, qulaqlıqların idarəetməsini şarj keysi vasitəsilə reallaşdırmaq olar. Şarj keysi üzərində olan dairəvi düymə musiqi səsinin tənzimlənməsini, daxil olan zənglərin qəbul və ya ləğv edilməsini, ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv və ya deaktiv edilməsini və səsli köməkçinin aktiv edilməsini reallaşdırmağa imkan verir.     Qulaqlıqların özləri həcmli səslənməni dəstəkləyirlər və onlardan hər biri özündə 3 ədəd mikrofonu birləşdirir. Bu isə öz növbəsində telefon danışıqları keyfiyyətini olduqca yüksəldir. Qulaqlıqlardakı ətraf səs-küyün aktiv boğulması funksiyası ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa bilir. Məlumata əsasən sözügedən funksiyanın aktiv olduğu halda qulaqlıqlar 26 saat ərzində, funksiyanın deaktiv olduğu halda isə 43 saat ərzində çalışa bilirlər. CMF Buds Pro 2 artıq 59$ qiymətində satışa çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
126
technote.az

1Источники