RU

Napoleonun tapançaları 1,62 milyon avroya satıldı

Fransa imperatoru Napoleon Bonoparta məxsus olmuş 2 tapança Fransada keçirilən hərracların birində 1,62 milyon avroya satılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, silahların 1,2-1,5 milyon avroya satılacağı düşünülsə də, daha çox qiymət təklif edən tapılıb. 

Yeri gəlmişkən, alıcının kimliyi ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, tarixçilər Napoleonun 1814-cü ildə taxtdan salındığı vaxt onun özünün bu silahları intihar məqsədilə hazırladığını güman edirlər. İmperatorun özünə güllə ilə qəsd etməyərək zəhər içdiyi və zəhərin effekt verməməsi də tarixə məlumdur. Hansı ki, baş tutmayan intihar cəhdindən sonra Napoleon daha 7 il yaşayıb.

Daha bir maraqlı fakt: 2 il əvvəl Fontenblo auksionunda ona məxsus olmuş şlyapa 2 milyon avroya satılıb. Bu, Napoleona aid əşyaların auksionlarda satışında rekord göstəricidir.

L.Tağıyeva























Bizi Facebookda izləyin

Избранный
50
525.az

1Источники