RU

Slovakiyanın baş naziri həyatına qəsddən sonra vəzifəsinə qayıdır

May ayında sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın baş naziri Robert Fiko yenidən vəzifəsinin icrasına başlayıb.

Ölkənin qərb hissəsində yerləşən kənd təsərrüfatı müəssisəsi olan Agro Voderady-yə səfəri zamanı Fico təsdiqləyib ki, Slovakiya bəzi Ukrayna məhsullarının idxalına qoyduğu qadağanı ləğv etməyi planlaşdırmır.

Hurriyyet.az "TASS"-a istinadən xəbər verir ki,O, Bratislavanın Ukrayna kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə tranzit çatdırılması üçün dəhliz təmin etdiyini bir daha vurğulayıb. Slovakiya buğda, un, kəpək, qarğıdalı, şəkər, kolza, günəbaxan tumu, bal, soya və arpa da daxil olmaqla 14 Ukrayna kənd təsərrüfatı məhsulunun idxalına qadağa qoyub. Ölkə Aİ-nin daxili kənd təsərrüfatı bazarını ucuz idxaldan qorumaq üçün qərar qəbul etməsində israrlıdır.

 

Xatırladaq ki, mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Fikoya silahlı hücum olub. Siyasətçi güllə yarası alıb və bir neçə əməliyyat keçirib. 71 yaşlı Juraj Cintula siyasi motivli sui-qəsd cəhdində ittiham olunub. İyulun 4-də Slovakiyanın baş prokuroru Maros Zilinka bildirib ki, ittihamlar yenidən terror hücumuna cəhd kimi təsnif edilib.

Избранный
69
hurriyyet.az

1Источники