Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsi müsadirə olunaraq satışa çıxarılacaq.
Teleqraf.com bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, bu barədə razılıq ölkənin Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanları arasında əməkdaşlıq çərçivəsində əldə edilib.
Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin malikanə cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.
Hazırda Ermənistan tərəfi ABŞ-nin müvafiq orqanları ilə əldə olunacaq vəsaitin böyük hissəsinin ölkəyə qaytarılması ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır.