Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsi müsadirə olunaraq satışa çıxarılacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanları arasında əməkdaşlıq çərçivəsində razılıq əldə edilib.
Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin malikanə cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.