RU

Keçmiş erməni nazirin Los-Ancelesdəki malikanəsi müsadirə olunur

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsi müsadirə olunaraq satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanları arasında əməkdaşlıq çərçivəsində razılıq əldə edilib.

Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin malikanə cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Избранный
90
3
publika.az

9Источники